AFFA Abdullah Avcıdan cavab gözləyir – Milli üçün

Son olaraq “Beşiktaş”ı çalışdıran Abdullah Avcı Azərbaycan milli komandasında baş məşqçilik edə bilər.

İnterval.Az komanda.az-a istinadən xəbər verir ki, AFFA nümayəndələri türkiyəli mütəxəssislə görüş keçirib. AFFA rəsmiləri 57 yaşlı məşqçini Azərbaycan yığmasının “sükanı arxasına” gətirməkdə israrlı olduqlarını ona çatdırıblar. Lakin Avcı onların təklifinə konkret cavab verməyib. O, yaxın günlərdə qərarını açıqlayacağını deyib (Apasport).

Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Oleq Kononov Latviyanın “Riqa”, Luici Di Byaco isə İtaliyanın SPAL klubuna baş məşqçi təyin olunub.


Bütün xəbərlər