DÜNYA Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başladı

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Interval.Az xəbərinə görə, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.

Bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək.

Interval.Az bildirir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia danışıqların Polşa-Belarus sərhədində aparılacağını bildirib.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski YouTube-da “Solovyev live” proqramında qarşıdan gələn danışıqlarla bağlı məlumatı təsdiqləyib.

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada hakim olan “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Moskvanın şərtləri ilə Kiyevin razılaşa bilməyəcəyini deyib.

“Razılaşmağın demək olar ki, mümkün olmadığı yeganə iki hissə Krım və iki qondarma respublikadır. Rusiya israrla onların müstəqilliyini tanıyır. Bu, Ukraynanın bir hissəsidir. Təbii ki, bu mövqe Ukrayna cəmiyyəti üçün qəbuledilməzdir”, – deyə Araxamiya bildirib.

Interval.Az


Bütün xəbərlər