Ərdoğan Stoltenberqlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında görüş olub.

Interval.Az  bildirir ki, danışıqlar Türkiyənin kurort şəhəri Antalyada keçirilən II Diplomatik Forum çərçivəsində aparılıb.

Bağlı qapılar arxasında keçirilən görüş 35 dəqiqə davam edib.

Türkiyə tərəfdən danışıqlarda vitse-prezident Fuad Oktay, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, prezidentin mətbuat katibi İbrahim Kalın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik iştirak edib.

Interval.Az


Bütün xəbərlər