Tiflis Nəqliyyat Şirkəti sabahdan sərnişinlərə xidmət göstərməyə hazırdır

Tiflis Nəqliyyat Şirkəti 8 fevral saat 06:00-dan etibarən sərnişinlərə xidmət göstərməyə tam hazırdır.

Gürcü KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Tiflis Nəqliyyat Şirkətinin nümayəndəsi Tamaz Robakidze bildirib.

Hazırki mərhələdə bütün metro stansiyalarında, vaqonlarda və avtobuslarda dezinfeksiya işləri aparılır.

“Dezinfeksiya Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi xüsusi qayda ilə həyata keçirilir. Tədbir hər gün, hər gecə, nəqliyat vasitələrinin xəttə çıxmağından əvvəl həyata keçiriləcək. Tövsiyələrə gəldikdə isə, yalnız bir məhdudiyyət qalır – bütün sərnişinlər, işçilərimiz və metro patrulu tibbi qoruyucu maskada olmalıdırlar. Maska olmadan heç bir sərnişin nəqliyyat vasitəsinə buraxılmayacaq və sərnişinlərdən biri maskalı deyilsə avtobus yerindən tərpənməyəcək. Komendant saatı əsasında Tiflis metrosu və avtobuslar saat 21:00-a qədər işləyəcək”, – şirkətdən bildirilib.

Əlavə olaraq nəqliyyat işçiləri gündəlik olaraq termoskrininqdən keçəcəklər və simptomlar aşkar edilərsə şirkət buna uyğun davranacaq.


Bütün xəbərlər