Ekstrasens qəza törətdi, qardaşı oğlu öldü

Dünən Hacıqabulda “Toyota” markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterval.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, qəzanı törədən şəxs tanınmış ektrasens Almaz Yolçiyevadır (Ədilova). Hadisə Atbulaq kəndi ərazisində, dekabrın 21-də saat 16 radələrində qeydə alınıb.

Nəticədə Almaz Yolçiyevanın sərnişinlərindən biri, qardaşı oğlu Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb .

Digər yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir.

Hazırda ektrasens özü və yaralı olan sərnişinləri Hacıqabul Mərkəzi Xəstəxanasında müalicə alırlar.


Bütün xəbərlər