Təyyarədə təhlükəsiz və ən rahat yerlər hansıdır?

Uçuş – yorucu bir işdir, buna görə də salonda uğurlu yer seçimi az vacib deyil. Elə sərnişinlər var ki, illüminatorun yanındakı yerləri sevirlər. Digərləri çıxışın yanındakı yerləri xoşlayırlar. Interval.az  bildirir ki, mütəxəssislər inandırırlar ki, qanadların yanında daha az silkələnmə olur, quyruqdakı yerlər isə daha təhlükəsizdir. Doğrudanmı, təyyarədəki oturacaqların fərqli üstünlükləri var, ən rahat, ən təhlükəsiz yer anlayışı nə dərəcədə realdır?

Bununla bağlı göyərtə bələdçiləri ara-sıra bəzi sirrləri açıq və biz həmin sirləri toplayaraq, oxucularımıza təqdim edirik.

Ən rahat oturacaq

“Ekonom-klass”da ucuz biletlər üçün nəzərdə tutulmuş bəzi oturacaqların müəyyən rahatlıqları var. Məsələn, ayağı uzatmaq, kreslonu arxaya yatırmaq kimi. Birinci kateqoriyaya aid yerlər isə artıq oturacaqdan çox yatağa oxşamağa başlayıb.

Təyyarədə oturacağınız yeri seçərkən diqqət yetirməli olduğunuz bəzi məsələləri Cheapflights səyahətlər saytının direktoru Andrew Shelton belə izah edir:

Çıxış kimi istifadə edilən qapıların önündəki və ən arxadakı oturacaq kresloları arxaya yatırmaq mümkün deyildir. Çıxışın arxasındakı oturacaqlarda isə pəncərələr sizin istədiyiniz yerdə olmayacaq.

Mətbəx bölümünə yaxın oturacaqlar səssiz bir səfər üçün ideal yer deyildir. Bələdçilər yeməkləri paylamağa burada hazırlaşdırqları kimi, bir işləri olmayanda da buraya toplaşırlar.

Arxa sıralarda oturanlar təyyarədən çıxarkən hamıdan sonraya düşsələr də, yaxşı cəhət budur ki, təyyarənin arxa sıraları daha az basabas olduğuna görə, burada əl baqajına yer tapmaq daha asandır.

Bir çox havayolu şirkətləri yerləri arxa cərgələrdə olan sərnişinləri təyyarə salonuna əvvəl dəvət edirlər. Bu isə o deməkdir ki, siz salona gələndə başüstü dolablar hələ boşdur.

Hansı oturacaqlar daha təhlükəsizdir?

Amerika Federal Hava Nəqliyyatı İdarəsinin məlumat bazasından 35 ilin qəzalarını nəzərdən keçirən “Time” jurnalı bu qənaətə gəlib ki, ən təhlükəsiz oturacaqlar arxa sıraların ortasına düşüb. Amma əlbəttə ki, bunun tam qarantiyası yoxdur.

Əslində qəza baş verərkən insanı ölümdən və ya yaralanmaqdan qoruyacaq xüsusi bir oturacaqlar yoxdur. Təyyarə qəzaları nadir hadisə olsa da, hər bir qəza fərqlidir.

Əlbəttə ki, təcili vəziyyətlərdə ehtiyat çıxışa nə qədər yaxın olsanız, təyyarədən çıxmaq imkanınız daha yüksək olar, amma düz çıxışın yanındakı oturacaq tamamilə fərqlidir.

Lakin bir sıra hallarda təyyarə heyəti ehtiyat çıxışın ağzında oturan sərnişinlərin başqalarının çıxışına kömək etmələrini istəyir.

19F nömrəli kreslo

“Ekonom-klass”da bort bələdçiləri ən rahat yer kimi salonun tən ortasında, pəncərə qarşısında yerləşən 19F nömrəli kreslonu göstərirlər. Bu yer əl yükünün qoyulması üçün bir neçə rəfə malikdir. Buna görə də sərnişinin çantasını daha tez qoymaq üçün göyərtəyə tələsik girməsinə ehtiyac yoxdur. Bundan başqa, bu yer pəncərədən gözəl mənzərəni təmin etməklə bərabər, sizi gediş-gəlişə yaxın və ya digər iki sərnişinin ortasında məcburi oturmaqdan da xilas edəcək.

2A nömrəli kreslo

“Biznes-klass”a gəlincə, “Virgin Australia” nümayəndələrinin sözlərinə görə, burada da daha yaxşı yerlər mövcuddur. Sərnişinlərə 2A nömrəli kreslonu seçmələri məsləhət görülür. Prioritet eniş və bütün “biznes-klass” sərnişinləri üçün nəzərdə tutulan baqaja əlavə yerlə yanaşı, bu kreslo birinci sıraya nisbətən bir az xüsusilik təmin edir. Bununla yanaşı, 1 nömrəli sıra tualet və mətbəxin yanında yerləşir ki, bu da xoşagəlməz qoxunun hiss edilməsi kimi narahatlıqları istisna etmir.

Daha bir üstünlük qanadların mane olmadığı illüminatordan açılan gözəl mənzərədir. Bort bələdçiləri qeyd edirlər ki, onların bu “sirləri” bölüşmələrindən digər aviaşirkətlərin sərnişinləri də yararlana bilərlər.

O da sirr deyil ki, təyyarədə sərnişinlər bir-birlərindən mümkün qədər aralı oturmağa çalışırlar. Təyyarənin arxa tərəfində hansısa yerlərin boş qalması şansı daha böyükdür.

Təyyarədən ən tez çıxmaq üçün

Qısa bir zamanda tranzit bir uçuşa yetişməniz lazımdırsa, harada oturmaq məsləhətdir? Aydındır ki, təyyarənin ön hissəsində otursanız, ordan daha tez çıxacaqsınız.

Belə hallarda yerinizi başqa sərnişinlərlə dəyişə bilərsəniz. Amma bəzən bununla razılaşmayan sərnişinlər də ola bilər.

Təyyarənin ən səssiz yeri harasıdır?

Ağlayan uşaqlarsız və ya ucadan danışıan sərnişinlərsiz də təyyarə çox səs-küylü bir yerdir. Təyyarənin havaya qaxması zamanı salondakı səs 105 desibelə çatır, amma təyyarə yüksəkliyi yığandan sonra da səsin gücü 85 desibel olaraq qalır. Benzinlə işləyən otbiçən də bu qədər səs çıxarır.

Bəzi sərnişinlər söhbət edən stüradessalardan şikayətli olsalar da, mühərriklərin səsindən xilas olmaq üçün mümkün olduqca qabaqdakı yerləri almaq lazımdır.

Bundan başqa, pəncərə yanındakı yerlər dəhlizə yaxın oturacaqlardan daha səs-küylüdür.

Bəzi yerlər daha ucuzdurmu?

Təyyarədəki yerlərin qiymətləri arasındakı fərq son illərdə xeyli artıb. Əksər hava yolları şirkətləri daha yaxşı yerlərə daha baha qiymət qoyurlar.

Bəzi şirkətlər ayaq uzatmaq üçün məkanı bol olan oturacaqlar üçün əlavə pul alırlar. Bir sıra başqa şirlkətlər isə sərnişin yeri özü seçdikdə əlavə haqq ödənməsini istəyirlər.

Ən arxa sırada və ya tualetlərə yaxın oturacaqlara məhkum olmamaq üçün səfərinizi əvvəlcədən planlaşdırın.

Əgər hər hansı yer kateqoriyası üçün əlavə haqq ödəməmisinizsə, onda oturacağınız yer də arxadakı ekonomi sinifli yerlərdən biri olacaq.

Uçuşdan əvvəl yerinizi dəyişəmək üçün nə etməli?

Təyyarədə orta yerdə oturmaq istəmirsinizsə, internet vasitəsi ilə erkən “check-in” edib son anda boşalan yerlərin olub-olmadığına baxa bilərsiniz.

Bu məsələdə səyahət şirkətinin və ya hava yolu şirkəti reservasiya xidmətinin nümayəndələrindən kömək istəyə bilərsiniz.

Təyyarəyə miniş anına qədər yerinizi dəyişmək üçün cəhd göstərə bilərsiniz. Burada uğurun açarı üzünüzdəki təbəssüm olmalıdır.

“Gizli düymələr”

Daha əvvəl Böyük Britaniyanın “The Sun” qəzetinin ekspertləri isə uçuşu daha rahat edən təyyarədəki bəzi gizli düymələr və funksiyalar barədə danışıblar. Məsələn, gediş-gəlişin yanındakı qoltuqaltı tamamilə hərəkətsiz görünə bilər. Əslində, bu, belə deyil. Onun altında şarnirlə yanaşı kreslonun söykənəcəyində gizli düymə yerləşir ki, onun vasitəsi ilə qoltuqluğu qatlamaq mümkündür. Bu funksiya sizin yerinizi genişləndirəcək və masa aşağı salındıqdan sonra oturacaqdan rahat qalxmağınıza kömək olacaq.

Əgər sizə yatmış sərnişinlərin başaltılarının söykənəcəyindən tutmadan salondan keçmək lazımdırsa, bir çox təyyarələrdə bundan ötrü tutacaqlar quraşdırılıb. Bunlar əl yükü üçün nəzərdə tutulan yuxarı yeşiklərin haşiyəsində yerləşir. Təyyarədə, həmçinin tualetin açılması üçün qəza düyməsi də var. Onun köməyi ilə bort bələdçilərinin məşğul tualetləri fövqəladə hallar zamanı açmaq imkanı var. Əksər hallarda bu düymə “siqaret çəkmək qadağandır” yazısı olan qapağın arxasında yerləşir.

Interval.az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!


Bütün xəbərlər