Beynəlxalq Miqrasiya Təşkilatı Zaqatalada əmək yarmarkası təşkil edib – FOTO

Beynəlxalq Miqrasiya Təşkilatı Zaqatalada əmək yarmarkası təşkil edib.

İnterval.Az-ın verdiyi məlumata görə, fevralın 21-də Beynəlxalq Miqrasita Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Zaqatalada əmək yarmarkası (karyera günləri) təşkil edib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində Heydər Əliyev Mərkəzlərində təşkil olunan və 30-dan artıq şirkətin təmsil olunduğu yarmarka Zaqatalada böyük maraq doğurub.


Bütün xəbərlər