Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu “TASS”a “Mahaçqala Aeroportu” Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.

A.Pirməhəmmədov bildirib: “Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Bu aviareyslərin bu il açılması planlaşdırılır”.

Onun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.


Bütün xəbərlər