DSX-Javed Masıh saxladı.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinindən İnterval.Az -a verilən məlumata görə Yanvar ayının 8-də saat 15:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Zamiq Yunisov
İnterval.Az 

Məqaləyə dair fotomateriallar:

Bir 1 kişi, valiz ve yazı görseli olabilir

Bütün xəbərlər