Efirdə etdikləri açıqlamaya görə SÖZLƏRİ ÇƏP GƏLDİ – QALMAQALA BELƏ SON QOYDULAR – VİDEO

Keçən ilin sonlarında aralarından qara pişik keçən əməkdar artislər Ruhəngiz Allahverdiyeva ilə Elnarə Abdullayeva “Zaurla Günaydın” proqramında bir araya gəliblər.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, Elnarədən sonra studiyaya daxil olan Ruhəngiz Allahverdiyeva görüşmək üçün həmkarına yaxınlaşıb. Xanəndə də Ruhəngizin bu addımına qarşılıq olaraq ayağa qalxaraq onunla öpüşüb-görüşüb. Sənətçilər hətta sonra birgə canlı olaraq duet də ifa ediblər.

Bu da həmin kadrlar:

http://

Qeyd edək ki, həftələr öncə “Hər şey daxil”də qonaq olan Ruhəgiz Allahverdiyeva həmkarı barədə “Tək mənim yox, bütün Azərbaycan xalqının ona hörməti var. Gözəl müğənnidir, tərbiyəli, qeyrətli xanımdır, gözəl ailə başçısıdır. Amma bu yaxında Zaurun verilişində (“5/5”) bir söz dedi ki, “Niyə hamı ev istəyir?”. Biz 45 ildir bu sənətdəyik. Bizim çəkdiyimiz əziyyətləri indikilər çəkmir. Amma, Elnarə xanımın açıqlaması biraz xoşuma gəlmədi. Fikrini çox pis ifadə elədi. Belə çıxdı ki, biz yolçu kimi çıxdıq. Amma elə deyil. Mənim paltarlarım mənim sənət əsərlərimdir. Mən müğənniyəm, yaradıcı insanam. Mən 56 kvadratın içindəyəm, yatmalıyam, istirahət etməliyəm. Üç uşaqla 56 kvadratın içindəyəm. Elnarə xanım dedi “Allah məni o günə qoymasın, öldürsün”. Allah eləməsin, yaşa, gözəl sənətkarsan. Amma düz demədi. Bəli, bizim ehtiyacımız var. Axırıncı dəfə ev mövzusunda mən efirdə danışmışdım. Mən Bakıda elə taksidə getmişəm ki, taksi sürücüsü deyib ki, mən nazir övladı olmuşam. Kim nə bilir başına nə gələcək?!” demişdi. ELə həmin efirə zəng edən Elnarə Ruhəngizə “Siz məndən böyüksünüz, hörmət edirəm. Elə danışırsınız ki, güya mən şəxsi-qərəzliklə deyirəm ki, sənətkarlara ev verməsinlər. Mən hər bir kəsə hörmət edirəm. Belə olmaz. Bu gün studiyada əyləşən sənətkarlar efirdən çıxıb mənim evimə gəlsələr, onlar heç vaxt belə evdə yaşamazlar. Söhbət ondan getmir. Mən cavanam, mən bu gün az da yesəm, çox da yesəm, hələ mən özümü idarə edə bilirəm” cavabını verərək aralarındakı gərginliyi biraz da artırmışdı.

 


Bütün xəbərlər