5 otaqlı inzibati binada yanğın olub

Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.

İnterval.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bütün xəbərlər