Niyaməddin Musayev ölüm xəbərindən danışdı

“Əgər aldığı qonorarla ailəsini dolandırırsa, eybi yox, gündə neçə dəfə məni öldürsün. Təki vəziyyəti yaxşı olsun. Mənim dünyamı dəyişmə xəbərim ona reytinq, pul gətirirsə, etsin”.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Şou ATV” verilişində deyib. Bir müddət əvvəl ölüm xəbəri yayılan müğənni bu haqda danışıb:

“Dedilər məhkəməyə ver. Mənim elə şəxsiyyətim yoxdur ki, düşüm məhkəmədə gəzim. Ölüm gözlə-qaş arasındadır. Zaman yetişibsə, öləcəyik. Amma yalan yazmaq düz deyildi. Heç olmasa zəng edərdilər, sonra yazardı.

Nə var cəza verməyə? Məhkəməyə də verərəm, başqa formada da danışaram. Amma nə edim. Mənə dünyanın hər yerindən zəng edib, ağlıyırdılar”.


Bütün xəbərlər