Monqolustan da koronavirusa yoluxdu

Monqolustanda da ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

İnterval.Az Day.Az-a istinadən bildirir ki, yoluxma barədə məlumatı Monqolustan Dövlət Fövqəladə Komissiyası yayıb.

Məlumata görə, virusa yoluxmuş şəxs Ulan-Batora Moskvadan keçməklə Fransadan gəlib. Həmin şəxs Monqolustanda işləyən Fransa vətəndaşıdır. İlkin yoxlama zamanı həmin şəxsdə virus aşkar edilməsə də, bir neçə gün sonra yüksək hərarəti qalxınca təkrar testin nəticələri onun koronavirusa yoluxduğunu göstərib.

Hazırda həmin şəxslə yaxın münasibətdə olan şəxslərin siyahısı dəqiqləşdirilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.


Bütün xəbərlər