“Adamın dilini kəsib, gözünü çıxarıb, balaca tikələrə doğrayıb…” – Hüsniyə şiddət dolu statusuna görə qınandı

Aparıcı Hüsniyə Məhərrəmova daha bir paylaşımı ilə diqqət çəkib.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə onun yazdığı sözlər olub.

Belə ki, aparıcı “Siz də küsəndə istəyirsiniz həmin adamın əlini-qolunu bağlayıb, onun öncə iti bucaqla dilini kəsib, bir gözünü çıxarıb ( O biri ilə qoy baxa bilir baxsın), özünü də balaca tikələrə doğrayıb, qonşunun iti Klaraya yedirdəsiniz? Mən istəyirəm, amma etmirəm. Gözləyirəm karma mənim yerimə bunu etsin və hazır vəziyyətdə qarşıma qoysun. Adətən, elə olur” fikirlərini yazaraq adını çəkmədiyi şəxsdən küsdüyünü bildirib.

İzləyicilər isə “Deyəsən, bunu yazanda içkili olmusan”, “Bu fikirlə çox getməzlər” deyə, şərh yazıblar.


Bütün xəbərlər