Bu ölkədə koronavirus aşkarlanandan sonra ilk dəfə yoluxma halı qeydə alınmayıb

Maltada tən sutka ərzində yeni növ koronavirusa yoluxma halı qeydə alınmayıb.

İnterval.Az xəbər verir ki, Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, Maltada ilk koronavirusa yoluxma halı (martın 7-si) qeyd edildikdən sonra ilk dəfə yoluxma halı aşkarlanmayıb.

Bildirilir ki, Malta hakimiyyəti bununla bağlı yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən bir sıra məhdudlaşdırıcı tədbirləri ləğv etməyi planlaşdırır.

Qeyd edək ki, Maltada, ümumilikdə, yeni növ koronavirusa 450 yoluxma halı qeydə alınıb.


Bütün xəbərlər