Tahir Budaqov: “Siyahıyaalmadan kənarda qalan şəxslərin…”

Siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətləri əsasında onların hamısının siyahıyaalınması təmin edilib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

Siyahıyaalmanın bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirildiyini deyən Budaqov əlavə ki, əhalinin müəyyən faizinin siyahıyaalınmadan kənarda qala bilər: “Amma son vaxtlar siyahıyaalınma ənənəvi üsullarla yanaşı inzibati məlumat mənbələrindən istifadə yolu ilə də həyata keçirilir. Azərbaycanda ilk dəfə bu siyahıyaalma zamanı təsərrüfatbaşına uçot kitablarından da istifadə həyata keçirilib”.

T.Budaqov qeyd edib ki, hazırda müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunan 51 nəfər operator tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək bu proses başa çatdırılacaq: “Bundan sonra proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses də bir il davam edəcək. Yekun olaraq təxminən 30 cilddən ibarət siyahıyaalmanın nəticələrini əks etdirən məcmuə nəşri ilə bu prosesə son veriləcək”.


Bütün xəbərlər