Çin yoluxanların sayına görə ilk onluqdan çıxdı, Rusiya 3-cü oldu

Çin dünyada koronavirusa yoluxanların sayının qeyd olunduğu siyahıda ilk onluqdan çıxıb.

İnterval.Az Milli.Az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Rusiya koronavirusa yoluxanların sayına görə siyahıda 3-cü yerdə qərarlaşıb. ABŞ siyahıya liderlik edir, İspaniya isə yoluxanların sayına görə ikinci yeri tutur.

Qonşu ölkələrdən Türkiyə və İran siyahıda müvafiq olaraq doqquz və onuncu yeri paylaşırlar. Ən çox ölüm halları isə ABŞ, Birləşmiş Krallıq və İtaliyadadır.

Qeyd edək ki, dünya üzrə 4 milyon 350 mindən çox insanda koronavirusun əlamətləri aşkar edilib, 293 mindən çox insan bu virus səbəbi ilə dünyasını dəyişib.


Bütün xəbərlər