GREEN START ACADEMY BEYNƏLXALQ TƏHSİL GÜNÜNÜ TƏHSİL İCTİMAİYYƏTİ İLƏ BİRLİKDƏ QEYD ETDİ

Interval.Az xəbər verir ki,     Green Start Academy və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 22 yanvar tarixində 24 yanvar – Beynəlxalq təhsil günü münasibəti ilə elmi-praktik konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə əlamətdar gün münasibəti ilə təhsil ictimaiyyətini təbrik edərək, təhsilin inkişafına xidmət edən işlərdən danışdı. Aysel xanım rəhbəri olduğu Green Start Academy-nin məqsəd və vəzifələrindən danışaraq, hər zamankı kimi cəmiyyətin aparıcı qüvvəsi olan, gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan təhsil işçilərinin maariflənməsinə xidmət etdiklərini dilə gətirdi. Təşkilatın həmtəsisçisi və idarə heyətinin sədri Seymur Ağayev tədbir iştirakçılarını salamlayaraq və təbriklərə qoşularaq, təşkilat olaraq bundan sonra da təhsilin inkişafına daha böyük töhfələr vermək üçün var-qüvvələri ilə çalışacaqlarını dilə gətirdi. Sonra söz Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynovaya verildi. Məhsəti xanım təhsil işçilərini təbrik edərək, hər kəsə uğurlar arzuladı.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov səmimi təbriklərə qoşularaq növbəti illərdə təhsilin inkişafına xidmət edəcək layihələr haqqında ətraflı məlumat verdi. .
Konfransın rəsmi hissəsindən sonra təlimçilər öz mövzu dairələrində məruzə edərək iştirakçıları təhsillə bağlı yeniliklərdən xəbərdar etdilər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “İdeal məktəb konsepsiyası”, inklüziv təhsil üzrə mütəxəssis və pedaqoq Gülşən Eminova “Müasir müəllimdən müsbət gözləntilər”, Bakı Mühəndislik Universitetinin riyaziyyat-informatika kafedrasının baş müəllimi Bəhman Qüdsi “Mən bir müəlliməm…”, psixoloq, NLP trainer Rübabə Mərdanova “Uğurlu nəticə əldə etmək üçün psixoloq işini necə qurmalı” mövzusunda çıxış edərək, öz bilik və təcrübələrini təhsil işçiləri ilə bölüşdülər.
Green Start Academy-nin ən aktiv layihələrindən olan “Sevgi pedaqogikası – Valideyn Məktəbi” çərçivəsində Türkiyədən dəvət olunan ailə danışmanı və yaşam koçu Nesrin Samedova müəllim-şagird-valideyn münasibətlərində uğurlu nəticə əldə etməyin yollarından bəhs etdi.
Təşkilatın son 1 ildə yaradılan “Təlim və tərbiyədə dünya təcrübəsi” layihəsinin rəhbəri, fransız dili üzrə ekspert, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova “Kanada, Fransa, Avstriya və Avstraliyada qiymətləndirmə təcrübəsi” haqqında maraqlı təqdimat etdi.

Nərmin Cabbarova   

Interval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər