Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim…” – VİDEO

İnterval.Az Milli.Az-a istinadən bildirir ki, ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1974-cü il təvəllüdlü Hüseynova Şərqiyə Musa qızı öz həyat hekayəsini danışıb.

Hüseynova Şərqiyə Musa qızı – Məhkum (18 il): “Ailədə 6 uşaq olmuşuq. Qardaşımın biri vəfat edib. Həyat yoldaşım bir neçə il Rusiyada olub. Mən də göyərti satıb uşaqlarımı böyütmüşəm. Yoldaşım gələndən sonra avtobusda işlədi, sonra Türkiyəyə getdi.

Oğlum ailə qurduqdan sonra Bakıda yaşamaq istədilər, gəldilər Bakıya. Dedim kənddə yaşayaq, dedi ki, yox, qız Bakıda qalmaq istəyir. Mən kənddə qaldım, atamgilin mal-qarasını bəsləyirdim. Sonra oğlum gəldi dedi ki, gedək Bakıya, bizimlə yaşa.

Gəldim gördüm ki, oğlum 200 manata kirayə qalır. Qazandığı pul heç yeməyimizə kifayət etmirdi. Bir gün çiməndə gəlinim gəldi, dedi ki, səni özüm çimizdirəcəm. Suyu açdı az qalmışdım boğulum.

Sonra gəldim, dedim uşağı ver oynadım. Mənə dedi ki, sən uşaq saxlamısan ki? Uşağı anam saxlayıb. Uşağı mənə vermədi oynatmağa. Başladıq uşağı çəkişdirməyə. Körpə qız uşağı əlimizdən düşdü, öldü. Gəlinim də uşağı götürüb qaçdı həyət boyu. Bükdüm uşağı gətirdim otaqda ağladım.

Gəlinə əsəbiləşdim, bir-iki sillə vurdum ki, sənə bu lazım idi, bunu istəyirdin? Məni kənddən buna görə gətirmişdiniz? Bu da yerdən daş götürdü vurdu başıma. Başımda izi də qalıb, yarıldı başım, qan üzümü-gözümü tutdu. Mən də daşı əlindən aldım onun başına vurdum. Bir dəfə vurdum, iki dəfə vurdum gördüm yıxıldı, özündən getdi. Qaçıb su gətirib üzünə vursam da ayılmadı.

Polislər məni götürüb gətirdilər bura. Uşaqlarım, qızımla oğlum epilepsiya xəstələridir. Bir qəpiyimiz də yoxdur. Yanıma gəlib-gedən də yoxdur. Mən burda pulsuz necə oturum? 18 il həbs cəzası veriblər, 4 ayım hələ bir neçə aydan sonra tamam olacaq.

Törətdiyim əmələ görə çox peşmanam, məni bağışlayın. O, mənim can-ciyərim idi, o qızı mən oğluma almışdım. Qızımı yad oğlana ərə vermişdim, oğluma da qohum aldım ki, heç olmasa bir dənə də qohumum olsun. Bu da mənim başıma belə oyun açdı.

Hərdən özümü pis hiss edirəm, iynələr vurulur, özümdə olmuram, torpaq yeyirəm, murdar yerdən su içirəm. Arzum odur ki, məni buraxsınlar, günahımı bağışlasınlar gedim müalicə olunum.

http://


Bütün xəbərlər