İlkin Həsəninin deputatlıq sevdası: “Gizlin müşahidəçi kimi prosesləri izləyəcəyəm. Ola bilsin…”

Kənan elə bir adamdır ki, içində kini, nifrəti yoxdur. Sadəcə olaraq, müəyyən bir zamanda onun içində qığılcımlar yaranır.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri “Mtv Azərbaycan”a müsahibəsində, 1 il öncə rejissor Kənan M.M-lə qalmaqal yaşayan aparıcı-aktyor İlkin Həsəni deyib. O, açıqlamasında Kənana qarşı kini olmadığını bildirib:

“Bir az ətrafda olan insanların təsirinə düşür. Kənana qarşı heç bir kin, nifrətim yoxdur və bilirəm ki, onun da mənə qarşı yoxdur. Çünki bu yaxınlarda Samir Bayramlının “Söhbətsiz” verilişində izlədim. Orada da dedi ki, “lənət şeytana!””

İ.Həsəni qarşılaşdıqları halda barışığın da olacağını dilə gətirib:

“Üz-üzə gəlsək, təbii ki, barışıq olacaq. Küsmək xanımlara yaraşır. Biz kişiyiksə, təbii ki, görüşəcəyik. İllərin dostuyuq. İndi ola bilər arada müəyyən bir soyuqluq var. Hansı ki, bunu mən heç vaxt istəmərəm”.

İlkin növbədənkənar parlament seçkilərində iştirak etmək istəyindən də danışıb:

“Mənə bu il o qədər İnstaqram-da, Facebook-da yazdılar ki, “siz də öz namizədliyinizi verin”. Səmimi deyim ki, bu il parlament seçkilərini yaxından izləyəcəyəm. İstər şou nümayəndələri, istərsə də sosial şəbəkədə aktiv olanlar namizəddir. Ola bilər ki, 5 ildən sonra namizədliyimi verim. Bu il tamaşaçı, gizlin müşahidəçi kimi prosesləri izləyəcəyəm. 5 il sonra bəlkə də ola bilər. O adamlar ora seçilirlərsə, ilk növbədə, seçicilərinin səsini ora çatdırmalıdırlar. İkinci növbədə, onun içində idarəçilik qabiliyyəti olmalıdır. Mən tanınmışam gedim orada “hə”, “yox” düymələrini basımla iş bitmir. Səni seçən insanların problemlərini həll etməlisən”.


Bütün xəbərlər