Moldovada kütləvi tədbirlər qadağan edildi

“Moldovada koronavirus təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edilib”.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Viorika Dumbrevyanu deyib.

O bildirib ki, mədəni, sosial, eləcə də idman tədbirləri ləğv edilib.

Bundan başqa, nazirin sözlərinə görə, Pasxa ərəfəsində dini mərasimlərin keçirilməsi məsələsi də kilsə nümayəndələri ilə müzakirə olunur.

Səhiyyə naziri əlavə edib ki, məktəblərdə dərslərin dayandırılması hələlik planlaşdırılmır.

Qeyd edək ki, bu günədək Moldovada bir yoluxma faktı qeydə alınıb, 10 nəfər isə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.


Bütün xəbərlər