Humay: “Niyə hələ də tək olduğumu bilmirəm”

Hər bir gözəl xanım kimi mən də evlilik təklifləri alıram.

İnterval.Az xəbər verir ki, bunu oxu.az-a tarzən Humay Qədimova deyib.

“Bir dəfə ad günümdə maqazin verilşlərindən birində barmağımda üzük gördülər. Amma o üzüyün heç bir mənası yox idi. Məndən xahiş etdilər ki, o üzük məsələsini qalmaqal etsinlər. Yalnız o zaman elə bir söhbət olub”, – H.Qədimova əlavə edib.

Onun sözlərinə görə, şəxsi həyatı və həyatında kiminsə olması haqqında danışmağı sevmir.

“Ümumiyyətlə, biz Allahdan çox bilə bilmərik. Qismət deyilən bir şey var. Hərdən rəfiqələrimin yanında bu barədə danışan da hər şeyi Allahın üstünə atdığımı deyirlər (gülür). “Səndən hərəkət, məndən bərəkət” deyilən bir deyim var. Amma niyə hələ də tək olduğumu bilmirəm. Yəqin ki gecikmək Allahın gələcək üçün bir mükafatı ola bilər. Özümün də gecikdiyini bilirəm. Ancaq mənim özümdən də asılı olan bir şey deyil”.

Tarzən deyib ki, Azərbaycan xanımları gözəl, baxımlı, xoş sözlərə layiqdir.

“Əlbəttə ki, gözəllik olan yerdə subay qızlara evlillik təklifləri olur. Təbii ki, mənə də olur. Amma zorla gözəllik olmur”, – tarzən bildirib.

H. Qədimova indiki həyatından məmnun və çox xoşbəxt olduğunu qeyd edib:

“Çünki heç kəsdən asılı deyiləm, umacağım bir şey yoxdur, gözəl sənətim və ailəm var. Hazırda da qardaşımın ailəsi ilə birgə yaşayıram. Hər şey qaydasındadır. Sənətimlə bağlı ruzum var. Niyə narazı olum ki? Həyatımdakı hər şeylə xoşbəxtəm. Biz bir çox insanın hansı vəziyyətdə yaşadıqlarını görürük. Bizim yerimizdə olmaq istəyənlər var. Ona görə də bu günümüzə şükür etməliyik”.


Bütün xəbərlər