“Dəniz Mall”da suya düşən fotoqraf DANIŞDI: “Başqası olsaydı, ölmüşdü”

Ötən gün müğənni Ayaz Babayevin “Dəniz Mall” Ticarət Mərkəzində baş tutan konsertində suya düşən fotoqraf Tariyel Hüseynovdan yeni xəbər var.

Interval.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında baş verənlər haqqında yazıb. O, dünən onun suya düşməsini şou adlandıranlara reaksiya bildirib:

“Söz “Şoudur” – deyib gülənlərədir. Allah heç kimə o anı yaşatmasın. Düşünün, üzməyi bilməyən, ürəyində problemi olan adam və 1 dəqiqə suda qalmaq… Sadəcə Allahın möcüzəsi oldu. Kamera aparatını da buraxmamağıma səbəb o oldu ki, düşündüm ki, çıxacağamsa, aparatı da xilas edərəm bəlkə. Həmin anın şoku, stresi və s. sözlə ifadə etsəm də, anlamazsınız. Yerimdə başqası olsaydı, bəlkə də haqqın rəhmətinə qovuşmuşdu.Eyni ilə hər şey “Çukur” serialındakı Senanın ölümü kimi idi. Göz görə-görə heç nə edə bilmirdilər. Onsuz da hamı məni xilas etmək üçün özünü suya atardı. Bəlkə də məni çıxarmaq üçün hovuza atlansalar, özləri batardı. Yaxşı ki, üzməyi bacarmayan kimsə özünü hovuza atmadı. Şükür hər şey yaxşı qurtardı”.

Qeyd edək ki, müğənni Ayaz Babayev də bununla bağlı “Instagram” hesabında “Bəzi insanlar məni qınadı ki, niyə suya tullanmadım? Beldən aşağı suya girə bilmirəm, üzməyi bacarmıram və üstəlik elə bir şok yaşadım ki, 28 ilimin ən bərbad günü oldu. Mühafizə orada idi, müdaxilə edirdilər”, – deyə, paylaşımında qeyd edib.

zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər