Bayram və tətil günlərində ölkə ərazisinə daxil olan şəxslərin sayı artıb – RƏSMİ

Bayram ərəfəsi və tətil günlərini əhatə edən 10 gün ərzində xaricə səyahət edən və ölkə ərazisinə daxil olan şəxslərin sayında ciddi artım müşahidə olunub.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən gömrük orqanları şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsini təmin edib:

“Ümumilikdə, bayram ərəfəsi və tətil günlərini əhatə edən 10 gün ərzində xaricə səyahət edən və ölkə ərazisinə daxil olan şəxslərin sayında ciddi artım müşahidə olunub. Belə ki, bu müddət ərzində, ümumilikdə 537 224 şəxs və 44 021 yüngül minik nəqliyyat vasitəsi ölkənin gömrük sərhədindən keçib ki, bu da gün ərzində 53 mindən artıq sərnişin, 4400-dən artıq minik avtomobili deməkdir”.


Bütün xəbərlər