Hakan Fidan: “Türkiyə ümid edir ki…”

Türkiyə Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.

İnterval.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında bildirib.

“İyulun 17-də biz Rusiyadan sazişdən çıxma ilə bağlı bildiriş aldıq. Biz taxıl müqaviləsinin uzadılması üçün əhəmiyyətli səylər göstəririk və Rusiyanın danışıqlar masasıma qayıtmasının məqsədəuyğunluğuna inanırıq”, – H.Fidan deyib.

Yıldray Arslan    

İnterval.Az


Bütün xəbərlər