Bakıda Hərbi Qənimətlər Parkı yaradılır

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır.

Park Xətai rayonu ərazisində yerləşir. Ərazidə tikinti işləri davam etdirilir.

Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşmənə aid hərbi texnikaların bir qismi park ərazisində yerləşdirilib.

Həmin hərbi texnikaların bir qismi ötən il dekabrın 10-da keçirilən Zəfər paradında da nümayiş olunmuşdu.


Bütün xəbərlər