MSK DSK-nın qərarını ləğv etdi

Mərkəzi Seçki Komissiyası (MSK) 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, MSK-nın bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyini irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin deputatlığa namizədliyi qeydə alınıb.


Bütün xəbərlər