“W trio”nu Röya yox, Xuraman dağıdıb”

“W trio”nu kim dağıdıb deyə neçə gündür söhbət gedir. Röya deyir ki, mən dağıtmışam. Yadıma düşdü ki, Röya artıq çoxdan yox idi, “W-trio” Xuraman artıq Faiq Ağayevlə gizlincə toya qaçmışdı. Bax, qrup ordan dağılmağa başladı”.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “Xəzər” TV-də yayımlanan “Evdəkilərə salam” proqramında müğənni Natavan Həbibi həmkarı Xuraman Şuşalının evində olarkən deyib.

O, zarafatla Xalq artisti Röya Ayxanın “W trio”nu mən dağıtmışam” sözlərinin əksini iddia edib:

“Sən demə, əlavə Faiq Ağayevin yanında qız müğənni kimi gedirmiş. Özü də Vaqif müəllimə (Bəstəkar Vaqif Gərayzadə – red.), bizə deməmiş toylara gedir. Xuraman haradasan, məşqə gəl, nə məşq? Qız artıq toyda pul qazanır. Biz Xuramanı toylarda oxuduğuna görə götürmüşdük.

Üçüncü qızımız yox idi, Səidə Sultanla qalmışdım. Düz-əməlli toy repertuarı bilmirdik. Xuraman bizi toylarda çətin anlardan qurtardı. Sonra ona repertuarı öyrətdik, o da “W trio”ya qoşuldu”.


Bütün xəbərlər