Sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.

Milli Hidrometeorologiya Xidmətindən İnterval.Az -a verilən xəbərə görə, Əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı gözlənilir.

Yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarada qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların ( Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək, aran rayonlarında gecə 0-5° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Ayan Zamiqqızı

İnterval.Az 


Bütün xəbərlər