Alim Qasımovla görüşən məşhur türk müğənninin sosial şəbəkədəki profili oğurlanıb – FOTO

Türkiyənin tanınmış müğənnisi və yazarı Onur Akayın sosial şəbəkədəki profili ələ keçirilib.

Bu barədə İnterval.Az-a müğənni özü məlumat verərək bildirib ki, bir müddət əvvəl ələ keçirilən sosial şəbəkədəki profilini bərpa edə bilməyib:

“Artıq keçmiş profilim aktivliyini itirib. “İnstagram” ünvanım on gün əvvəl oğurlandı və profili peşəkar qrupla bərpa etmək üçün büyük bir səy göstərdik. Amma uğurlu ola bilmədik. Yeni @onurakay.com.tr adıyla sosial hesabımla davam edəcəyəm.”

Qeyd edək ki, Onur Akay Azərbaycan tamaşaçısı üçün doğma isimdir. Belə ki, bu il Azərbaycanda qonaq olan müğənni Bakıda və Şəkidə konsert proqramıyla çıxış edib. Həmçinin sənətçi Azərbaycanın xalq artisti, ustad xanəndə Alim Qasımovla görüşüb və ondan reportaj hazırlayıb. Reportaj Türkiyə mətbutaında geniş şəkildə yayımlanıb.

Fuad Mədətov


Bütün xəbərlər