Kiyev və Moskva danışıqların daha bir raundunu keçirəcək

Kiyev və Moskva danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Interval.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, danışıqların üçüncü raundunun ən qısa zamanda keçirilməsi planlaşdırılır:

“Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”.

Interval.Az


Bütün xəbərlər