Dieqo Kosta Braziliya klubuna keçib

“Çelsi” və “Atletiko”nun sabiq futbolçusu Dieqo Kostanın karyerasını Braziliyada davam etdirəcəyi rəsmiləşib.

32 yaşlı hücumçu “Palmeyras”la danışıqları yekunlaşdırıb.

İspaniya yığmasının Braziliya əsilli oyunçusu azad agent kimi yeni komandası ilə münasibətləri rəsmiləşdirib. Kosta “Palmeyras”la 2 illik müqavilə bağlayıb. Onun illik maaşı 2,5 milyon avro olacaq.


Bütün xəbərlər