Serj Sarkisyanın qardaşı oğlu həbs edildi

Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbs olunması barədə hökm çıxarıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Narek Sarkisyan bir neçə gün əvvəl Çexiyadan Ermənistana gətirilmişdi.

N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi. O, həmçinin “adam oğurluğu”nda şübhəli bilinir.

N.Sarkisyan bir müddət əvvəl Praqada saxta Qvatemala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.


Bütün xəbərlər