Əməkdar artist Gövhər Həsənzadə mükafata layiq görüldü – FOTO

Azərbaycanın əməkdar artisti, bəstəkar Gövhər Həsənzadə “Şəms” Milli Mükafatına layiq görülüb.

İnterval.Az xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində “EMedia Group” tərəfindən təsis olunan “Şəms” Milli Mükafatlandırma mərasimi keçirilib.

Mükafatlar Bakı Gənclər Mərkəzində keçirilən tədbirdə sahiblərinə təqdim olunub. Uğurlu yaradıcı işlərinə və fəal ictimai fəaliyyətinə görə mükafat alanlar sırasında Azərbaycanın əməkdar artisti, bəstəkar Gövhər Həsənzadə də olub. G.Həsənzadəyə mükafat təqdim olunarkən qısa çıxışıyla yadda qalıb. O, hər bir sənətkarın yaddaşlarda qalması üçün xalqın sevgisinə ehtiyac duyulduğunu məxsusi vurğulayıb.

Qeyd edək ki, mükafatlandırılanlar arasında ictimai-siyasi xadimlər, memarlar, iş adamları, mədəniyyət və incəsənət işçiləri, televiziya aparıcıları, jurnalistlər, fotoqraflar və digər tanınmış şəxslər də olub.

Fuad Mədətov


Bütün xəbərlər