Serj Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa təhvil verildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mənimsəmə ilə bağlı cinayət işinin istintaqı başa çatıb, işin materialları prokurorluğa təhvil verilib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, cinayət işində sabiq prezidentlə yanaşı, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan və digər şəxslərin adı hallanır.

İstintaq Komitəsinn iddiasına görə, S.Sarkisyan 1 milyon dollardan çox vəsait mənimsəyib.

S.Sarkisyan öz növbəsində ittihamların siyasi təzyiq vasitəsi olaraq irəli sürüldüyünü bildirir.


Bütün xəbərlər