“Məni deputat kimi qarşılayıb elə də yola salırlar”

“Milli Məclisə gedən deyiləm. Atama söz vermişəm ki, siyasətlə məşğul olmayacam. Lakin ona deməmişdim ki, deputat olmayacam.”

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “3D” proqramına qonaq olarkən deyib. Məşhur aktyor-aparıcı parlament seçkilərində deputatlığa namizəd olmayacağını açıqlayıb:

“Allah qoysa, böyük təcrübəm olar, özümü hazır hiss edərəm və namizədliyimi verərəm. Məndən qat-qat savadlı insanlarımız var. Bəhram Bağırzadə tərəfindən orada əyləşən 125 nəfər arasında kiminsə yerini tutmaq cinayətdir. Mənə hörmət də, izzət də var. Məni deputat kimi qarşılayıb elə də yola salırlar. Tək arzum var, Bakı şəhərində uşaqlar üçün kitab mağazası açmaq…”

Bundan əlavə o, AzTV ilə müqaviləsini ləğv etməsindən də danışıb. B. Bağırzadə kanalın “Bəhram +” proqramına maliyyə ayırmadığını söyləyib: “Maliyyə problemi yarandı. Yaradıcılıqda hər şey əla idi. Dedilər ki, əfsuslar olsun imkanımız yoxdur. Pul yoxdursa, nə edək? Axı biz altruist ( başqa adamlara təmənnasız xidmət göstərilməsi) deyilik”.


Bütün xəbərlər