Elariz Silikon Vadisində konsert verəcək – Biletin qiyməti 100 dollardır

Müğənni Elariz Məmmədoğlu Amerikanın Silikon Vadisində konsert verəcək.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Cəmiyyəti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 28-də Həmrəylik Günü və Yeni il qeyd olunacaq və tədbirin xüsusi qonağı Elarizdir.

Gecədə VİP biletin qiyməti 100 dollar təşkil edir.

“Könül Kərimova bizdən asılı olmayan səbəblərə görə konsertdə iştirak edə bilməyəcək. Lakin onu Elariz Məmmədoğlu əvəz edəcək”, – cəmiyyətin saytında bildirilib.

Xatırladaq ki, Silikon Vadisi dünyaca məşhur şirkətlərin bir araya gəldiyi bölgədir. Orada “Google”, “HP”, “Apple”, “Microsoft”, “Facebook”, “Twitter”, “Mozilla”, “Yahoo!” və başqa şirkətlər fəaliyyət göstərir.


Bütün xəbərlər