Ziyarətə gedən 100 dindar suda boğuldu

Xristian dindarları daşıyan qayığın Benin sahillərində batması nəticəsində 100 nəfər həlak olub.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə haqda yerli KİV-lər məlumat yayıb.

So-Ava şəhərinə yola düşən inanclıların məqsədi hər il ənənəvi icra edilən dini ayinləri yerinə yetirmək olub.

Qayıqda olan dindarların dəqiq sayı məlum deyil. Son məlumatlara əsasən, sudan 100 nəfərin cəsədi çıxarılıb.


Bütün xəbərlər