12-ci Dünya Yaş Qrupları Yarışlarının final mərhələsi start götürüb – FOTOlar

Bakı Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının 12-18 yaş kateqoriyasında gimnastlar arasında final mərhələsi start götürüb.

Interval.Az xəbər verir ki, bu gün qadın, kişi və qarışıq cütlüklərdə, eləcə də qadın və kişi qruplarında qaliblər müəyyən ediləcək.

Final mərhələsində Azərbaycanı Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlük təmsil edir.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Interval.Az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər