İcra başçısı Badamdarda sürüşmə baş verən əraziyə gəldi – FOTO

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Badamdarda sürüşmə baş verən əraziyə gəlib.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, V. Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.


Bütün xəbərlər