Gəncədə faciə: “Toyota”nın vurduğu piyada digər maşına çırpıldı

Gəncə şəhərində baş vermiş yol qəzası nəticəsində bir piyada hadisə yerində ölüb.

İnterval.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 5-də saat 23 radələrində Gəncə şəhərində şəhər sakini M.Qəhrəmanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Elminaz Məmmədovanı vurub eyni istiqamətdə hərəkətdə olan Gəncə şəhər sakini N.Qocayevin idarə etdiyi “Volkswagen” markalı avtomobilin üzərinə atıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.


Bütün xəbərlər