İlham Əliyev Putinə zəng edib

İlham Əliyev Putinə zəng edib

Yanvarın 18-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Interval.az  AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələlərinin gələcək perspektivləri müzakirə edilib.

Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə edilib.

Azərbaycan və Rusiya Prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Interval.az


Bütün xəbərlər