Çəkildiyi filmə 13 gündə 27 nəfər baxdı

Türkiyənin tanınmış modeli Tuba Özayla Çılğın Sədatın çəkildiyi “Laz Kit” filminə 13 gündə cəmi 27 nəfər baxıb.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 nəfərin iştirakı ilə çəkilən ekran işi ümumilikdə 454 lirə gəlir əldə edib.

Qeyd edək ki, “Laz Kit” filmi dekabrın 27-dən nümayişə başlayıb. Yusuf Atıcının rejissorluğu ilə çəkilən ekran işində Sinan Bengier, Ahmet Çelik, Esra Sönməzer, Dost Elver kimi aktyor heyəti də rol alıb.


Bütün xəbərlər