Azərbaycanda tullantılardan gübrə hazırlanmasında yeni üsul tətbiq edildi

AMEA-nın Yüksək Texnologiyalar Parkında məişət tullantıları əsasında gübrənin hazırlanması üçün yeni texnologiyanın tətbiqi planlaşdırılır.

İnterval.Az bildirir ki, Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, institutun bir qrup alimləri tərəfindən faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə edilərək yeni texnoloji üsulla gübrə əldə olunması üçün tədqiqatlar aparılıb. Balaxanı qəsəbəsində bərk məişət tullantılarının yandırıldığı zavodda alınan şlakdan və neft sənayesi tullantılarından istifadə etməklə alınmış üzvi mineral kompleks gübrə və meliorant Hövsan qəsəbəsində torpaqda bitki yetişdirməklə şoran torpaqları bərpa etmək üçün tətbiq olunub.

Yerli xammaldan səmərəli istifadə etmək prinsiplərinə əsaslanan bu texnologiyanın AMEA-nın Yüksək Texnologiyalar Parkında həyata keçirilməsi planlaşdırılır.

Aparılmış tədqiqatlar nəticəsində müəllif qrupu “Məişət tullantıları əsasında gübrənin hazırlanma üsulları” ixtirasına Avrasiya patenti alıb.


Bütün xəbərlər