“Coker”in ulduzu saxlanıldı

ABŞ-da aktyor Hoakin Feniks aktrisa Ceyn Fondanın iqlim dəyişikliyinə qarşı təşkil etdiyi mitinqdə saxlanılıb.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, etiraz aksiyası yanvarın 10-da Vaşinqtonda keçirilib. Feniks orada ət və südçülük təsərrüfatının iqlimə təsir etməsi barədə çıxış edib. Bundan sonra o, saxlanılıb. Daha ətraflı məlumat verilmir.

Mitinq zamanı ümumilikdə 150-ə yaxın insan saxlanılıb. Buna səbəb etiraz aksiyasının qeyri-qanuni keçirilməsi olub.

Hoakin Feniks tamaşaçılara daha çox “Coker” filmində yaratdığı eyniadlı obrazla tanışdır.


Bütün xəbərlər