UEFA 7 klubumuza pul ayırdı

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.

İnterval.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”dan başqa hər bir kluba 56 794,43 məbləğində ödəniş olunub.

Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.


Bütün xəbərlər