Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 154 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 246 nəfər müalicə olunaraq sağalıb, 3 158 nəfər vəfat edib, aktiv xəstə sayı 2 750 nəfərdir.

Ölkədə son sutka ərzində 6 783, hazırkı dövrədək isə 2 453 083 test aparılıb.


Bütün xəbərlər