Ermənistan silkələndi – Ard-arda iki zəlzələ

Ermənistanda səhər saatlarında iki zəlzələ qeydə alınıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hər iki zəlzələ Aşotsk şəhəri yaxınlığında qeydə alınıb.

İlk zəlzələnin maqnitudası 3,7, ikinci zəlzələnin isə 3,1 bal təşkil edib.

Episentr yerin 10 kilometrliyində qeydə alınıb.

Yeraltı təkanlar Spitak, Gümrü və digər şəhərlərdə olub.


Bütün xəbərlər