Ağdama getmək istəyənlərə şad xəbər

Gələn aydan Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq.

Interval.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib.

Bakı-Ağdam-Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.

Interval.Az


Bütün xəbərlər