Bakıda uşaq bağçalarına qəbulda YENİLİK – FOTO

Paytaxtın məktəbəqədər tərbiyə müəəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb.

İnterval.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, valideynlər evdən çıxmayaraq, innovasiyon əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər.

Burada pilot layihə kimi Nizami rayonu seçilib. On gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı uşaq bağçalarında treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcək. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək.

Hazırki layihənin ikinci mərhələsində istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr də sadələşəcək. Arzu edənlər elektron formatda təkliflərini verə və müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.

Əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bağçalarda təlim-tərbiyə prosesini əhatə edən yeni innovasion layihələr və yeniliklərin hazırlandığı da bildirilib.


Bütün xəbərlər